İnsanlar bütün həyatları boyunca yer çəkimi ilə mübarizə apardıkları üçün və ya digər səbəblərdən (hərəkətsizlik, qəzalar, duruş pozası və s.) onurğa sütununda və oynaqlarında problemlər yaranır. Bu problemlər uzun müddət özünü biruzə vermir, diskləri zədələməkdə davam edir. Bu zədələr müəyyən bir səviyyəyə gəldikdə onurğalarda yırtıqlar meydana çıxır. Kiçik, yanlış hərəkət anidən kəskin ağrıların baş qaldırmasına səbəb olur. Ağrıların ortaya çıxması onurğada əmələ gələn gərginliyin nəticəsidir. Onurğa şəklinin pozulması, həssas və zəif nöqtələrin meydana gəlməsi məticəsində həmin bölgədə yırtıqların ortaya çıxmasına səbəb olur. (Qeyd: boyun - C4, C5, C6 və Bel - L4, L5 kimi)
Yırtıq – onurğaların arasındakı qığırdaq hissənin yırtılaraq onurğa sistemindən çıxan sinirlərin sıxışdırılması deməkdir. Əvvəlcə şiddətli bel ağrısı, daha sonra ayağa yayılan ağrı ilə müşahidə olunur.
Yataq rejimi və bəzi ağrıkəsicilərlə müalicəyə rəğmən ağrısı keçməyən, şəxsin həyat tərzinə təsir göstərən, ifliclər ortaya çıxaran xəstələrə Çevrə Xsətəxanasında tətbiq olunan cərrahi əməliyyatlar bu gün sürətlə inkişaf etməkdədir, hətta xəstə qısa müddətdə öz əvvəlki həyatına dönə bilir. Amma xəstəliyin müalicəsi gecikdikcə fəsadlar böyüyür, ağrı və ifliclər xəstəni daima təqib edir.
Bel yırtığının müəyyən olunması
Həkim xəstəliyin tarixçəsini (anamnez) yaxşı bilməlidir ki, xəstəliyin hansı mərhələdə olduğunu müəyyən edə bilsin. Amma bu bəzi hallarda yetərli olmaya bilər. O səbəbdən X-Ray filmi, ya da MR-ın çəkilməsi lazım olur. Bununla xəstəliyin hansı mərhələdə olduğu, onurğa sütununun hansı formada zədə aldığı müəyyən edilir.
Hansı tədbirlər görülə bilər?
Xəstəliyin dərinləşməməsi üçün xəstələrdən bu qaydalara əməl etmək tələb olunur: xəstə iş yerində ayaq üstdə, yaxud oturaq işləyirsə, belini çox gücə salmamalıdır. Artıq çəkiyə malikdirsə, kilolarından xilas olmalıdır. Stulda, kresloda oturan zaman nə çox arxaya, nə də çox irəli əyilməməli, onurğa sütununu bacardığı qədər dik tutmalıdır. Təkbaşına ağır yük qaldırmamalı, ya da ağır yükləri hissə-hissə qaldırmalıdır.
Hər hansı bir yükü qaldırarkən ayaqlarını dik tutub aşağı əyilməməli, yaxud daşınan yük təktərəfli daşınmamalıdır. Yükün mümkün qədər bədəninə yapışık şəkildə daşınması təmin olunmalıdır.